Dünyada heç bir məktəbi bir-birinin eyni olmur. Hamısının özünə görə fərqli qaydaları var. Ancaq haqqında danışacağımız altı məktəbin digərlərindən daha çox fərqli qaydaları var.xa0
Moderator.az xarici mediaya istinadən dünyanın altı fərqli məktəbi haqda yazını təqdim edir.
1. Laqos Nigeriya üzən məktəbi

Afrika sahillərində yerləşən bu üzən məktəb bənzərsiz bir arxitekturaya malikdir. Məktəblilərin evinə çevrilən üzən məktəb yüksələn su dalğalarına müqavimət göstərmək üçün tikilib. Su üzərində tikilən bu məktəb oyun meydançalarına sahib olmaqla bərabər su üzərində üzən məktəbdir. Ən kəskin hava şəraitində belə 1000 uşağın təhlükəsizliyinə təminat verir.
2. Küp Kopenhagen Danimarka məktəbi


Bu məktəb 1100 nəfərdən çox şagirdin təhsil aldığı bir məkandır. Dərslər xüsusi hazırlanmış “gimnazium”x9d adı verilən geniş bir şüşə küpün içində keçirilir. Açıq sahədə rahat oturmaq üçün xa0baraban deyilən yerlər ayrılaraq ayrı-ayrı hissələrə bölünmüşdür. Tələbələr bu məkanda xüsusi yaradıcılıq qabliyyətinə və düşüncəyə sövq edilirlər.xa0
3. Ohio ABŞ ofis məktəbi

Bu məktəbin sinfi yoxdur. Böyük bir zalda hər tələbə üçün xüsusi ofis yaradılıb. Hər tələbənin ona rəhbərlik edəcək müəllimi və komputeri var. xa0Bu məktəbdə şagirdlər özləri dərslərini öyrənirlər və ancaq sualları olanda müəllimə yaxınlaşırlar.xa0
4. ABŞ Rhode İsland Real məktəbi

Bu məktəbdə şagirdlər ən başlıcası nə sevdiklərini öyrənirlər. Tələbələrə pəşəkar bacarıqları öyrətmək üçün müəllimlər seçilir. Tələbələr gələcəkdə sahib olmaq istədiyi peşəyə burada yiyələnə bilirlər.
5. Uşaqlara təhlükəli şeylər öyrədilən San-fransisko Kaliforniya məktəbi

Bu məktəbdəki müəllimlər, valideynlərə uşaqlarının etməmələri lazım olan ən təhlükəli şeyləri soruşmuş və onların əsasında bir tədris planı hazırlamışdır. Burada uşaqların odla oynamasına, ev alətlərini sökməsinə və rəsm çəkməsinə icazə verilir. Bütün bunlar təbii ki, müəllimlərin nəzarəti altında baş verir.
6. Yaşıl məktəb Fransa







Bu məktəbin hər tərəfi çimərliklə örtülüdür. Binanın damı belə yaşıl çimərliklə örtülüb. Tozlu siniflərdə oturmağın zərərli olduğu və tələbələrin mümkün qədər təmiz havada dərs öyrənməsinə üstünlük verilir.
Vasif Əlihüseyn































































































