381 şagird sudan zəhərləndi

Hazırda oxunan: 381 şagird sudan zəhərləndi

178713
Moderator.az beynəlxalq xəbər agentliklərinə istinadən məlumat verir ki, Çində 381 şagird sudan zəhərlənərək xa0xəstəxanalara yerləşdirilib.
Şinhua agentliyinin xəbərinə görə, ölkənin şimal-şərqindəki Cilin əyaləti Fuyü şəhərində xüsusi bir məktəbdə istifadə olunan içməli suda həddindən artıq dərəcədə zərərli bakteriya olması səbəbiylə şagirdlər xəstələniblər.
Qusma, ishal və yüksək temperatur əlaməti göstərən şagirdlər xəstəxanaya çatdırılıblar. Şagirdlərdən 125-i müalicə olunduqdan sonra xəstəxanadan buraxılıb.
Testlərdə tələbələrin içdiyi məktəbin filtrli suyunda yüksək miqdarda zərərli bakteriya olduğu təyin olunub.
Hadisədən sonra 10 mindən çox şagirdin tehsil aldığı məktəbdə, içməli su ilə təmin edən bütün borular bağlanılıb.xa0
İçində yüksək miqdarda bakteriya olan su ilə bağlı istintaq başlandığı bildirilir.xa0

Türkan Yaqub
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin