Navalnının cəsədi morqdan yoxa çıxıb - İDDİA

Hazırda oxunan: Navalnının cəsədi morqdan yoxa çıxıb - İDDİA

178694

Rusiyalı müxalifət lideri Aleksey Navalnının cənazəsi Yamalo-Nenets Muxtar Dairəsinin Salekhard şəhərində yerləşir.

Bizim.Media xəbər verir ki, bu barədə siyasətçinin mətbuat katibi Kira Yarmış anasına verilən rəsmi bildirişə istinadən məlumat verib.

“Onun ölümü fevralın 16-da yerli vaxtla saat 14:17-də Alekseyin anasına göndərilən rəsmi bildirişdə göstərildiyi kimi baş verib. Koloniyanın əməkdaşı Navalnının cəsədinin Salekharda olduğunu bildirib. İstintaq Komitəsinin müstəntiqləri cəsədi aparıblar. Hazırda bununla bağlı araşdırmalar aparırlar”, - deyə Yarmış özünün “X” hesabında yazıb.

Yarmışın sözlərinə görə, Navalnının vəkili və anası Salekhard morquna getsələr də, morq  bağlı olub:

“Vəkil qapıda göstərilən telefon nömrəsinə zəng edib. Ona bildirilib  ki, bu gün Navalnıya görə zəng edən yeddinci şəxsdir. Əminik ki, həmin morqda Alekseyin cəsədi yoxdur”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin