Türkiyədə narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı genişmiqyaslı əməliyyat keçirilib.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib.
O bildirib ki, “Narkoçelik-1” adı altında ölkənin 14 vilayətində əməliyyat keçirilib:
Narkotik maddələrin hazırlanması və satışında şübhəli bilinən 142 nəfər saxlanılıb, çox sayda narkotik maddə mwsadirə edilib.
Bizim.Media