Moskvada müxalifət lideri Aleksey Navalnının xatirəsinə həsr olunmuş aksiya keçirilir.
Bizim.Media xəbər verir ki, şəhər polisi aksiyaya müdaxilə edib.
Polislə aksiya iştirakçıları arasında qarşıdurma yaşanıb, nəticədə 15 nəfərdən çox etirazçı saxlanılıb.
Qeyd edək ki, Rusiyalı müxalifətçi, Aleksey Navalnı Yamalo-Nenets Muxtar Dairəsinin Karp qəsəbəsindəki cəzaçəkmə koloniyasında ölüb. Onun qan laxtalanmasından (tromb) vəfat etdiyi bildirilib.
2023-cü ilin avqustunda Navalnıya xüsusi rejimli koloniyada 19 il həbs verilib. Müxalifətçi ona qarşı irəli sürülən bütün ittihamları siyasi adlandırıb.
Bizim.Media