Ukrayna Silahlı Qüvvələrinin (AFU) Ali Baş Komandanı Aleksandr Sırski Ukrayna bölmələrinə Donetskdən (DXR) 25 kilometr aralıda yerləşən Avdeyevkadan çıxmağı əmr edib. Bu qərar Ukrayna Silahlı Qüvvələrinin bu nöqtədə yerləşən əsgərlərinin mühasirəyə alınması ilə əlaqədar qəbul edilib.
Bizim.Media bu barədə “Rusiya qəzeti”nə istinadən xəbər verir.
“Avdeyevka ətrafında yaranmış əməliyyat şəraitinə əsaslanaraq, mühasirəyə düşməmək, hərbi qulluqçuların həyat və sağlamlığını qorumaq üçün mən bölmələrimizi şəhərdən çıxarmaq və daha sərfəli olmayan xəttlərdə müdafiəyə keçmək qərarına gəldim”, – deyə Sırski yazıb.
Xatırladaq ki, daha əvvəl ukraynalı general Aleksandr Tarnavski bildirib ki, “heyətlər artıq geri çəkilib” və Ukrayna hərbçiləri “müəyyən xətlərdə müdafiə mövqelərini tutublar”.
Məhərrəm Əliyev,Bizim.Media
- A-
- A
- A+
Dünya
10:53 / 17.02.2024
“Ukrayna ordusu Avdeyevka şəhərini tərk edib” - Sırski
Hazırda oxunan: “Ukrayna ordusu Avdeyevka şəhərini tərk edib” - Sırski
Hazırda oxunan: “Ukrayna ordusu Avdeyevka şəhərini tərk edib” - Sırski
178586
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.