“Fələstin dövlətinin tanınması artıq Fransa üçün tabu deyil. Biz bu məsələni həll etməyə hazırıq”.
Bizim.Media “Reuters”ə istinadən xəbər verir ki, bu fikri Fransa prezidenti Emmanuel Makron səsləndirib.
O qeyd edib ki, Fransanın birtərəfli qaydada tanıması real danışıqlar olmadan vəziyyəti o qədər də dəyişməyəcək, lakin bu, simvolik və diplomatik addım olacaq.
Makron əlavə edib ki, İsrailin Rəfaha hücumu yalnız görünməmiş humanitar fəlakətə səbəb ola bilər və münaqişədə dönüş nöqtəsi yaradar.
Xatırladaq ki, İsrailin baş naziri Benyamin Netanyahu Fələstinin suverenliyinə qarşı olduğunu bildirib və vurğulayıb ki, İsrail İordaniyanın qərbində güzəştə getməyəcək və bu, Fələstin dövlətinin əleyhinədir.
Məhərrəm Əliyev. Bizim.Media
- A-
- A
- A+
Dünya
09:50 / 17.02.2024
Makron Fələstinin tanınması üçün “yaşıl işıq” yandırdı
Hazırda oxunan: Makron Fələstinin tanınması üçün “yaşıl işıq” yandırdı
Hazırda oxunan: Makron Fələstinin tanınması üçün “yaşıl işıq” yandırdı
178573
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.