Tbilisi və Batumidə Aleksey Navalnının xatirəsinə həsr olunmuş aksiya keçirilir.
Bizim.Media xəbər verir ki, bununla bağlı görüntülər “Telegram” kanallarında yayılıb.
Görüntülərə əsasən minlərlə sakin şəhər meydanlarına toplaşıb. Aksiya iştirakçıları “bu, ölüm deyil, bu, qətldir”, “Aleksey hər zaman bizimlə olacaq” şüarları səsləndirirlər.
Qeyd edək ki, Rusiyalı müxalifətçi, Aleksey Navalnı Yamalo-Nenets Muxtar Dairəsinin Karp qəsəbəsindəki cəzaçəkmə koloniyasında ölüb. Onun qan laxtalanmasından (tromb) vəfat etdiyi bildirilib.
Bizim.Media