Avropanın kəllə muzeyləri - Makronun Əlcəzairə qaytardığı sümüklər - FOTO

Hazırda oxunan: Avropanın kəllə muzeyləri - Makronun Əlcəzairə qaytardığı sümüklər - FOTO

17847

Əlcəzair tarixçisi Ali Farid Belkadi 2010-2011-ci illərdə Fransada və Avropanın aparıcı zəfər (heyday) günü muzeylərindən araşdırma aparıb.

Bizim.Media-nın xəbərinə görə, Ali Farid Belkadi 68 Əlcəzair kəlləsini sözügedən muzeylərdə aşkar edib.

Ümumilikdə l'Homme on Place du Trocadéro muzeyində 18 000 kəllə var və bu kəllərin əksəriyyəti ictimaiyyətə açıq deyil.

Məsələ ictimailəşəndən sonra Prezident Makron 24 kəlləni 3 mart 2020-ci ildə Əlcəzairə qaytarılmasına razılıq verib və qaytarılıb. 150 ildən artıq Muzeydə nümayiş etdirilən 24 kəllə arasında Fransız işğalına qarşı xalq müqavimətinin altı liderinin qalıqlarıdır:

Cürdjura bölgəsindəki Çerif Boubeghla ləqəbini daşıyan məşhur üsyanın təşəbbüskarı kimi tanınan Məhəmməd Ləmzad ben Abdelmalek və Fransız zülmünə qarşı Əlcəzairdə Zaatçalar üsyanı liderinin Əhməd Bouziane qalıqları (kəlləsi) var. Hazırda Əlcəzair xalqının mühüm müstəmləkəçiliyə qarşı vuruşan simalarından 12 nəfərin kəlləsi hazırda sözügedən muzeydə saxlanılır.

İddialara görə sözügedən 18 000 kəllənin mütləq əksəriyyəti, Fransa tarix boyu müharibələrdə qalib gəldiyi döyüşlərdən qənimət kimi saxladığı kəllələrdir.

İnstitutun rəhbəri isə kəllələri antropoloji məqsədlər üçün saxladıqlarını iddia edirlər. Eyni qayda ilə sözügedən muzey 21 Maori döyüşçüsünün kəlləsini Yeni Zelandiyaya qaytarıb. Maorilərlə bağlı analoji addımı Almaniyada atıb.

Digər tərəfdən Almaniyada Prussiya Mədəni İrs Vəqfinin[1] Afrikadan gətirilmiş mindən çox insan kəlləsi topladığı kolleksiya var.

Bunlardan əlavə, 1881-1914 illərdə Afrikadan minlərlə insanların qalıqları ( xüsusilə ilə kəllələr) müharibə qəniməti kimi Avropaya gətirilirdi. Avropanın müstəmləkə dövlətləri Fransa, Belçika, İspaniya, İtaliya, İngiltərə və Portuqaliya bunu sırf Afrika dövlətləri üzərində hərbi üstünlüklərini və Afrika xalqının şiddətlə tabe edilməsinin nümayiş etdirmək üçün edirdilər. (Report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin