Fransada fermerlərin etirazları davam edir.
Bizim.Media xəbər verir ki, etirazçılar prefekturaların yaxınlığına peyin töküblər.
Bundan əlavə narazı fermerlər peyin qalağının üzərinə Avropa İttifaqı (Aİ) bayraqlarını atıblar.
Qeyd edək ki, Fransada sənaye nümayəndələrinin inflyasiya səbəbindən gəlirlərin azalması və kənd təsərrüfatı məhsullarının idxalının artması ilə bağlı narazılıqları fonunda kütləvi fermer nümayişləri keçirilir.
Bizim.Media