Özbəkistanda Rusiya vətəndaşları üçün qaydalar SƏRTLƏŞDİRİLİR

Hazırda oxunan: Özbəkistanda Rusiya vətəndaşları üçün qaydalar SƏRTLƏŞDİRİLİR

178385

Özbəkistan hakimiyyəti 2024-cü ilin əvvəlinə 11 mindən çox vətəndaş və şirkətin daxil olduğu Rusiyaya qarşı Qərbin maliyyə sanksiyalarına faktiki qoşulmaq qərarına gəlib.

Bizim.Media xəbər verir ki, bu barədə “Vedomosti” məlumat yayıb.

Məlumata görə, Özbəkistan parlamenti birinci oxunuşda ölkədə sanksiya tətbiq edilən fiziki və hüquqi şəxslərin bank əməliyyatlarını qadağan edən qanun layihəsini qəbul edib. 

Parlamentin mətbuat xidmətindən bildirilib ki, təşəbbüs Özbəkistana qarşı ikinci dərəcəli sanksiyaların tətbiqi riskləri, yəni sanksiyalar rejiminin pozulması ilə bağlı tədbirlərlə əlaqədar irəli sürülüb.

Sanksiyaya qoşulan Çexiya, Latviya və Estoniyanın təcrübəsi nəzərə alınmaqla hazırlanan qanun layihəsi milli Mərkəzi Banka əlavə səlahiyyətlər verir. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin