Müdafiə nazirinin evi yandı

Hazırda oxunan: Müdafiə nazirinin evi yandı

178210
Ötən gecə Tallinin Nımme rayonunda Estoniya müdafiə naziri Marqus Tsaxknanın evində yanğın olub.

APA-nın məlumatına görə, bu barədə “Postimees”x9d qəzeti məlumat yayıb.

İlk olaraq isə müdafiə nazirinin qonşusu evin hava istilik nasosunda və divarın üzlüyündə yanğını görüb, dərhal M. Tsaxkna və ailə üzvlərini yuxudan oyadıb, yanğınsöndürənlərə zəng açıb. Yanğınsöndürənlərə evdə yanğın olması barədə məlumat yerli vaxtla saat 4.45 radələrində daxil olub. Xilasedicilər hadisə yerinə çatan zaman evin damına keçmiş yanğını söndürmək üçün dam sökülüb. Yanğın zamanı müdafiə naziri və ailə üzvləri xəsarət almayıb.

M. Tsaxkna “Facebook”x9d sosial şəbəkəsindəki səhifəsində yanğın barədə onları dərhal məlumatlandıran qonşusuna və yanğınsöndürənlərə minnətdarlığını bildirib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin