Rusiya ordusu gecə saatlarında Donetsk vilayətinin Selidovo şəhərində yaşayış binasına və xəstəxananın doğum şöbəsinə hücum edib.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Milli Polisi məlumat yayıb.
Nəticədə 8 yaşlı uşaq, anası və hamilə qadın dünyasını dəyişib. Daha 12 nəfər, o cümlədən dörd uşaq yaralanıb.
Bizim.Media