Suriya ilə sərhəddə divar inşa edən Türkiyə İranla sərhəddində də beton hasarların inşasına start verəcək. Maraqlıdır, beton divarlarla əhatələnən Türkiyənin bu siyasəti ”“ özünü qonşu dövlətlərlə divarlar vasitəsi ilə ayırmaq cəhdi qardaş ölkəyə nə vəd edir?
Politoloq Zərdüşt Əlizadə Moderator.az-a açıqlamasında Türkiyənin bu addımında qeyri-adi heç nə görmədiyini vurğuladı:
“Türkiyə bununla öz sərhədlərini möhkəmləndirir və çalışır ki, yalnız rəsmi sərhəd-keçid məntəqələrindən istifadə olunsun. Yəni heç kim ölkə ərazisinə qeyri-qanuni yolla daxil olmasın. ABŞ da Meksika ilə sərhəddə divar çəkir. Bütün bunlar yalnız sərhədlərə nəzarəti möhkəmləndirmək məqsədi daşıyır”x9d.
xa0
Seymur Əliyev
xa0
































































































