“Rusiyanın Türkiyəyə uçuşları məhdudlaşdırması ilə bağlı qərarın arxasında siyasi səbəb görmürəm”.
Bizim.Media NTV-yə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyanın Türkiyə ilə uçuşları məhdudlaşdırması qərarına münasibət bildirərkən söyləyib.
“İstər-istəməz bunun mənfi təsirləri olacaq. Uçuşların bərpası istiqamətində fəaliyyət göstəririk”, deyə Çavuşoğlu bildirib.
Qeyd edək ki, Rusiya aprelin 15-dən iyunun 1-dək Türkiyəyə uçuların məhdudlaşdırılması barədə qərar qəbul edib. Rəsmi Kreml bu qərarı COVİD-19 pandemiyası ilə əlaqələndirib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
11:23 / 14.04.2021
Çavuşoğlundan Rusiyanın Türkiyəyə uçuşları dayandırmasına reaksiya
Hazırda oxunan: Çavuşoğlundan Rusiyanın Türkiyəyə uçuşları dayandırmasına reaksiya
Hazırda oxunan: Çavuşoğlundan Rusiyanın Türkiyəyə uçuşları dayandırmasına reaksiya
17806
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.