İsrail tərəfi Qəzza zolağında çadır şəhərcikləri yaratmağı TƏKLİF EDİB

Hazırda oxunan: İsrail tərəfi Qəzza zolağında çadır şəhərcikləri yaratmağı TƏKLİF EDİB

178008

İsrail mülki əhalinin təxliyəsi planının bir hissəsi olaraq Qəzza zolağında çadır şəhərcikləri yaratmağı təklif edir. 

Bizim.Media xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Qeyd olunur ki, komplekslərin maliyyələşdirilməsi ABŞ və Körfəz ölkələri tərəfindən həyata keçiriləcək.

Mənbələr bildiriblər ki, plana Qəzza zolağının cənubunda hər biri təxminən 25 min çadırdan ibarət 15 düşərgənin yaradılması daxildir. Bundan əlavə, Misir hökuməti “düşərgələrin və səhra xəstəxanalarının yaradılmasına cavabdeh olacaq”.
Qeyd edək ki, İsrailin baş naziri Benyamin Netanyahu hərbi və təhlükəsizlik rəsmilərinə mülki əhalinin kütləvi şəkildə təxliyyə edilməsini və Rəfahda HƏMAS qüvvələrinin məhv edilməsini özündə əks etdirən “birgə plan” hazırlamağı əmr edib. Belə ki, bu şəhər HƏMAS-ın Qəzza zolağında sonuncu qalası hesab olunur.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin