Rusiyada neokolonializm mövzusunda beynəlxalq forum keçiriləcək

Hazırda oxunan: Rusiyada neokolonializm mövzusunda beynəlxalq forum keçiriləcək

177993

Rusiya Federasiyasında neokolonializm mövzusunda beynəlxalq forum keçiriləcək.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya bildirilib ki, Azərbaycanı bu tədbirdə Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və Rusiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, deputat Nizami Səfərov təmsil edəcəklər.

Səfər zamanı Milli Məclisin deputatları Rusiyanın “Yedinaya Rossiya” Partiyasının təşkilatçılığı ilə keçiriləcək “Müasir neokolonializm təcrübələrinə qarşı mübarizə” mövzusunda beynəlxalq foruma qatılacaq, mövzu ətrafında aparılacaq müzakirələrdə Azərbaycan tərəfinin mövqeyini bildirəcəklər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin