Türkiyənin Antalya vilayətinə dünən axşam saatlarından başlayan şiddətli yağış daşqınlara səbəb olub. Təbiət hadisəsi zamanı bir nəfər həyatını itirib.
Bizim.Media xəbər verir ki, yağışların təsirinə məruz qalan ərazilərə yardım məqsədilə 2131 nəfərdən ibarət işçi qrupu cəlb olunub.
Bölgədən 989 vətəndaş təxliyə edilib. İndiyədək zərərçəkənlərlə bağlı 3500-ə yaxın müraciət daxil olub. Yağışlar səbəbindən Antalyanın Kəmər bölgəsində torpaq sürüşmələri baş verib.
Təcili ehtiyacların qarşılanması bölgəyə üçün 20 milyon lirəlik yardım göndərilib.
Bizim.Media