Meksikada bir qəsəbədə yerləşən hava fişənglərinin saxlandığı anbarda meydana gələn partlayışda, ilkin araşdirmalara görə 12 nəfər həyatını itirdi, 30 adam isə, yaralanıb.
Puebla əyaləti rəhbərliyindən verilən açıqlamaya görə, xa0San Isidro qəsəbəsində 15 Mayda keçiriləcək dini bayramı qeyd etmək üçün saxlanılan hava fişəngləri anbarda partlayışa səbəb olub.xa0
Partlayışda ilkin araşdırmalara görə 5-i uşaq olmaqla 12 adam həyatını itirdi ve 30 adam yaralandı. Meksikanın paytaxtı Mekshikoda dekabr ayında bir hava fişəng mağazasında meydana gələn partlayışda da 31 adam ölmüş, 70-dən çox adam da yaralanmışdı.
Ölkə daxilində atəşfəşanlıq mağazaları ilə anbarlarında təhlükəsizlik tədbirlərinə düzgün emel etdilməməsi, bu cür qəzaların yaranmasına gətirib çıxarır.
xa0
Türkan Yaqub

































































































