Ərdoğan: Koronavirus məhdudiyyətləri nisbətən sərtləşdiriləcək

Hazırda oxunan: Ərdoğan: Koronavirus məhdudiyyətləri nisbətən sərtləşdiriləcək

17781

Türkiyədə koronavirus infeksiyasının yayılma riskini azaltmaq üçün Ramazan ayının ilk iki həftəsi “Evdə qal!” rejimi nisbətən sərtləşdiriləcək. Həftənin ilk beş günü tətbiq olunan bu rejim Türkiyə vaxtı ilə saat 19:00-dan ertəsi gün saat 05:00-dək tətbiq olunacaq. İlk iki həftə hədəfimizə çatmasaq sonrakı dövrdə daha sərt tədbirlərin tətbiqi qaçılmazdır.

Bizim.Media xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə hökumətinin növbəti iclasından sonra ictimaiyyətə müraciətində deyib.

Çıxışında ölkəsinin Avropa İttifaqı və Rusiya ilə münasibətlərinə, gündəlikdə duran digər məsələlərə, eləcə də türkdilli ölkələrin birgə fəaliyyətinə geniş yer ayıran Prezident deyib ki, Türk Şurası çərçivəsində yaradılan təsisatlar, hazırlanmış yeni sənədlər daha güclü təşkilatlanmağa ehtiyac olduğunu ortaya qoyub.

Mövcud pandemiyanın imkan verəcəyi halda cari ilin noyabrında Türkiyədə keçirilməsi nəzərdə tutulan VII fövqəladə Zirvədə bu istiqamətdə mühüm addımlar atılacaq.

“Biz “Taliban” hərəkatına qoşunların çıxarılması zamanı amerikalı hərbçilərə edilən istənilən hücuma qətiyyətlə cavab verəcəyimizi bildirmişik”, - deyə o əlavə edib.

Vaşinqton administrasiyasının nümayəndəsi ABŞ-ın terrorizmə qarşı mübarizə aparmaq üçün regionda yetərincə hərbi kontingent saxlayacağını da bildirib.

Xatırladaq ki, fevralın 29-da ABŞ və “Taliban” hərəkatı arasında sülh sazişi imzalanıb.

Sazişə əsasən, Birləşmiş Ştatlar və müttəfiqləri 14 ay ərzində öz qoşunlarını Əfqanıstandan çıxarmalıdır.

“Taliban” isə öz növbəsində ölkə ərazisini Birləşmiş Ştatlar və müttəfiqlərinin təhlükəsizliyinə təhlükə törədəcək fəaliyyət üçün istifadə etməyəcəkləri barədə zəmanət verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin