İsrailin casus təyyarələri Suriya səmasında...

Hazırda oxunan: İsrailin casus təyyarələri Suriya səmasında...

177758
Moderator.az beynəlxalq xəbər agentliklərinə istnadən məlumat verir ki, İsrail Hərbi Hava qüvvələrinə məxsus təyyarələr kəşfiyyat məqsədi ilə mütəmadi olaraq Suriya ərazisində uçuşlar həyata keçirir.xa0

İsrailin kəşfiyyat təyyarələrinin şənbə günü 6 dəfə, bazar günü isə 4 dəfə Suriyanın Golan təpələri və Şam şəhəri üzərində uçuşlar etməsi Rus və Suriya hərbi güclərini narahat etməyə başlayıb.xa0

Bununla yanaşı, İsrail media orqanı "Haaretz" Təl-Əvivin cənubundakı Hmaymim Hava bazasında qurulmuş texnologiya ilə Rus hərbi qüvvələri haqda kəşfiyyat məlumatları toplandığını yazıb.

"Haaretz" qəzeti onu da yazıb ki, İsrail kəşfiyyatı Rusiyaya məxsus A-50 kəşfiyyat təyyarəsinin yerini də təsbit edib.xa0
Qeyd edək ki, Rus Hərbi Hava Qüvvələrinə aid A-50 tipli havadan müdafiə qurğusu uzaq məsafələrdəki digər hava obyektlərinin hərəkətini nəzarətdə saxlamaq gücünə malikdir.xa0

Türkan Yaqub
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin