Rusiya ordusu Donetsk vilayətinin Novomixaylovka kəndinə daxil olub.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı AzTV yayıb.
Mənbə qeyd edir ki, faktı Almaniyanın BİLD nəşrinin hərbi analitiki təsdiq edib. Onun sözlərinə görə, kəndin bir hissəsi artıq ələ keçirilib.
Məlumata görə, Rusiya qoşunları şərqdən, cənubdan və şimal-şərqdən hücum edir, ərazidə vəziyyət Ukrayna üçün kritik hesab edilir.
Bizim.Media