Təl-Əvivdə 4 ay əvvəl HƏMAS tərəfindən əsir götürülən israilli girovlara dəstək aksiyası keçirilir.
Bizim.Media xəbər verir ki, aksiya tərəflərin girovların azad edilməsi müqabilində Qəzzada atəşkəslə bağlı razılığa gələ bilməməsi fonunda baş tutub.
Xatırladaq ki, oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib.
Bunun ardınca İsrail ordusu Qəzza zolağında “Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb.
Bizim.Media