İraqın şiə yarımhərbiləşdirilmiş “Kətaib Hizbullah” təşkilatının komandiri öldürülüb.
Bizim.Media xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Bildirilib ki, “Kətaib Hizbullah”ın yüksək rütbəli komandirlərindən biri Əbu Baqer əs-Sədi təşkilatın avtomobilinə edilən ABŞ-ın dron hücumları nəticəsində öldürülüb.
Məlumata görə, ilk öncə iki silahlının öldürüldüyü bildirilirdi. Lakin təsdiqlənmiş rəsmi məlumata görə, hücum zamanı bu qrupun yalnız bir yüksək rütbəli komandiri zərərsizləşdirilib.
Buna səbəb kimi Pentaqonun İordaniyadakı hərbi bazasıında üç Amerika əsgərinin öldürülməsində “Kətaib Hizbullah”ın əli olduğunu iddia etməsi göstərilib.
Bizim.Media