“Instagram” və “Threads”da siyasi məzmunlu paylaşımlar MƏHDUDLAŞDIRILACAQ 

Hazırda oxunan: “Instagram” və “Threads”da siyasi məzmunlu paylaşımlar MƏHDUDLAŞDIRILACAQ 

177526

“Meta” şirkəti “Instagram” və “Threads”da siyasi məzmunlu paylaşımları məhdudlaşdırmağa başlayacaq.

Bizim.Media xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

“Instagram”-ın baş direktoru Adam Mosseri daha əvvəl “Threads”-ı siyasət və xəbərlərin əsas səhifədə dominantlıq etdiyi yerə çevirməyi planlamadıqlarını bildirmişdi. 

Şirkət tətbiqlərindəki “Kəşf et”, “Reels”, “Tövsiyələr” üçün alqoritm vasitəsilə siyasi məzmunu məhdudlaşdıracağını açıqlayıb.
Məhdudiyyət ilk olaraq “Instagram” və “Threads”-də, daha sonra “Facebook”-da həyata keçiriləcəyi bildirilib.

Siyasi məzmunla bağlı bu məhdudiyyət yalnız izlənilməmiş hesablardan tövsiyə edilənlərə şamil ediləcək. Əgər izlənilən istifadəçi siyasi yazılar paylaşırsa, bu, lentinizdə görünməyə davam edəcək.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin