Fermerlər Ukrayna məhsullarını boykot EDİR: “Avropa İFLİC OLUB”

Hazırda oxunan: Fermerlər Ukrayna məhsullarını boykot EDİR: “Avropa İFLİC OLUB”

177511

Avropa İttifaqına üzv ölkələrdə fermerlərin etirazı ən pik həddə çatıb. Hətta bir neçə ölkə iflic vəziyyətinə düşüb.

Bizim.Media Almaniyanın “Koha.net” saytına istinadən bildirir ki, bu gün Aİ Ukrayna məhsullarının idxalına icazə verdikdən sonra üzv ölkələrin istehsalını qorumaq üçün kifayət qədər iş görməməkdə ittiham olunur. 

Polşa, Macarıstan, İspaniya və Belçikada fermerlər yolları bağlayaraq Aİ-nın tədbirlərinə və qiymət artımlarına etirazlarını artırıblar.
Polşanın Poznan şəhərində keçirilən etiraz aksiyasında 1400-ə yaxın traktor iştirak edib, üstəlik ölkə boyu bütün yollar bağlanıb. Yeni kənd təsərrüfatı naziri Çeslav Siekierski də fermerləri dəstəklədiyini bəyan edib. O, bildirib ki, Polşa Ukraynaya yardımı davam etdirmək istəsə belə, bu, polşalı fermerlərin hesabına başa gəlməməlidir.

Artıq beş gündür ki, İspaniyanın bir sıra regionlarında traktorlar nəqliyyatın hərəkətini dayandırıb. Fermerlərin etirazları bütün qitəyə yayılıb. 

Polşa və Macarıstandan olan fermerlər, Aİ-nın Ukraynadan ucuz idxalı dayandırmaq üçün kifayət qədər iş görməməsindən şikayət edirlər. Onların fikrincə, bu da yerli istehsalın azalmasına gətirib çıxarır. Buna görə də Ukrayna yük maşını sürücülərinin 27 üzv ölkədə işləmək üçün icazə alması tələbinin yenidən tətbiq edilməsini istəyirlər.

Xatırladaq ki, cümə günü yüzlərlə macar fermer traktorlarını Ukrayna sərhəddindəki Zahony bölgəsində saxlayıb və ilk dəfə olaraq Avropa miqyasında keçirilən etiraz aksiyalarında iştirak ediblər.

Təşkilatçılar ucuz Ukrayna məhsullarının Macarıstan bazarında üstünlük təşkil etməsinə, həmçinin Avropa fermerləri arasında həmrəyliyə etiraz ediblər.

“Hesablamalarıma görə, bir fermerin keçən ilin sentyabrında yetişdirdiyi taxıl üçün builki itkisi hektar başına təxminən 300 avro olacaq. Bura həm da aldıqları qrantlar və ya dəstək də daxildir. Ən çox da sahəsi 100-400 hektar olan təsərrüfatlar zərər çəkib”, - macar ekspert Csaba Juhasz bildirib.

Rövşən Ziya, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin