Ukraynada Silahlı Qüvvələrin baş komandanının dəyişilməsinə qarşı etiraz aksiyaları başlayıb.
Bizim.Media xəbər verir ki, Kiyevin Müstəqillik Meydanına toplaşan yüzlərlə etirazçı Valeri Zalujnının Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı postuna qaytarılması tələb edirlər.
Etirazçılar əllərində plakatlarla “cəhənnəmdən çıx” şüarları səsləndirirlər.
Qeyd edək ki, ötən gün Ukrayna Prezidenti Volodimir Zelenski Silahlı Qüvvələrin baş komandanı general Valeri Zalujnını vəzifəsindən azad edib və Quru Qoşunlarının komandanı Aleksandr Sırskini baş komandan postunda təyin edib.
Bizim.Media