Alen Delon karyerasına son verəcək

Hazırda oxunan: Alen Delon karyerasına son verəcək

177429
Fransalı aktyor Alen Delon payızda rejissor Patris Lekontenin filminin çəkilişləri başa çatdıqdan sonra kino karyerasına son verəcəyini bəyan edib.xa0

Oxu.Az bu barədə TASS-a istinadən xəbər verir.xa0

“Bu mənim son filmim olacaq: boksçu gücü çatana qədər döyüşmək istədiyin kimi, mən də artıq filmdə çəkilmək istəmirəm”x9d, - 81 yaşlı aktyor bildirib.xa0

Delon, son filmin ”“ onun yaşlarında olan kişinin 50 yaşlı qadınla görüşdüyündən bəhs edən məhəbbət hekayəsinə həsr olduğunu bildirib. Filmdə onun tərəf müqabili Julyet Binoşdur.xa0

Aktyor qeyd edib ki, Sofi Marso ilə çəkilmək istərdi, amma onun başqa planları var idi.xa0

Son dəfə Delon təxminən 10 il öncə “Asteriks Olimpiya oyunlarında”x9d (2008) filmində ekrana çıxıb.xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin