Rusiya və Ukrayna arasında əsirlərin növbəti mübadiləsi baş tutub.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, mübadilə “100-ün 100-ə” formatında aparılıb.
Birləşmiş Ərəb Əmirliklərinin hakimiyyət orqanları rusiyalı hərbçilərin Ukrayna əsirliyindən geri qaytarılmasında humanitar vasitəçilik yardımı göstərib.
Nazirlikdən qeyd edilib ki, əsirlər hərbi hospitallarda müalicə və reabilitasiyadan keçəcəklər.
Bizim.Media