Kreml əsl simasını açdı – Türkiyəyə təyyarə reysləri Ukraynaya görə bağlanıb

Hazırda oxunan: Kreml əsl simasını açdı – Türkiyəyə təyyarə reysləri Ukraynaya görə bağlanıb

17727

Türkiyə ilə avia reyslərin məhdudlaşdırılması yayın sonuna qədər uzadılmalıdır. 

Bizim.Media xəbər verir ki, bunu Rusiya Federasiyasının keçmiş baş sanitar həkimi, Rusiya Elmlər Akademiyasının akademiki, Dövlət Dumasının Təhsil və Elm Komitəsi sədrinin birinci müavini Qennadi Onişenko deyib.

"Reyslər bütün yay boyu bağlanmalıdır. Bu, mənim mövqeyimdir. Onlarda (Türkiyə nəzərdə tutulur) tibb yoxdur, hər şey məhv edilib, koronavirusa görə çətin vəziyyətdədirlər, infrastrukturları məhv edilib”, deyə o, çərşənbə axşamı TASS-a bildirib.

Onişenkoya görə, ruslar özləri məhdudiyyət qoyulmadan belə bu ölkəyə uçuşlardan imtina etməlidirlər. 

"Niyə biz nəyə görə bağlandığını öryənməliyik. Sadəcə ora getmək lazım deyil. əsas budur. Gəlin insanlara təyyarələrin Türkiyəyə uçub-uçmamasından asılı olmayaraq başlarını işlətməyi öyrədək”, deyə o, əlavə edib.

"Yəqin ki, orda indi bizimkilər var, onları çıxarmaq məcburiyyətində qalacağıq. Reyslər bağlansa, nə olacaq? Gəlin insanları ora getməmək üçün inandıraq”, deyə  Rusiya Federasiyasının keçmiş baş sanitar həkimi bildirib.

O, Türkiyənin bu vəziyyətdə rusiyalı turistlərin hesabına qazanc əldə etmək istədiyini də vurğulayıb.

Deputatın sözlərinə görə, uçuşları yalnız biznes üçün davam etdirmək lazımdır, çünki iqtisadiyyatı ortaq şəkildə yüksəltməliyik, Türkiyə iqtisadiyyatını bizim pulumuzla qaldırmamalıyıq.

Onişenko NATO üzvü olan Türkiyənin Krımı Rusiyanın bir hissəsi olaraq tanımamasını, Ukrayna ordusu üçün pilotsuz təyyarələrinin istehsalına dair Türk-Ukrayna anlaşmasını xatırladıb:

"Bu pilotsuz təyyarələr bizim pulumuzla istehsal olunur”.

Haşiyə: Rusiyalı deputatın “Türkiyədə tibb yoxdur, hər şey məhv edilib, koronavirusa görə çətin vəziyyətdədirlər, infrastrukturları məhv edilib” ifadələri siyasətçiyə yaraşmayan sözlərdir.

Sadəcə Kreml reyslərin bağlanmasının səbəblərini Onişenkonun diliylə səsləndirib. Nəticə isə göz qabağındadır. Rəsmi Moskva Ukrayna prezidenti Vladimir Zelenskinin Ankaraya səfərinin və orada bağlanan sazişlərin heyfini Türkiyədən alır. Onsuz da Türkiyə belə halla ilk dəfə qarşılaşmayıb.

Suriyada Rusiya təyyarəsinin vurulmasından sonra iki ölkə arasındakı münasibətlər pozulmuşdu.

İndi də deyəsən o vəziyyət yenidən yarana bilər. Düzdür, bu haqda Kremldən rəsmi açıqlama verilmir, Onişenko kimi deputatların dilindən Ankaraya mesaj göndərilir...

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin