Amerikalı jurnalist Putindən müsahibə aldı - VİDEO

Hazırda oxunan: Amerikalı jurnalist Putindən müsahibə aldı - VİDEO

177181

Amerikalı jurnalist Taker Karlson Rusiya prezidenti Vladimir Putindən müsahibə alıb və bunu bütün dünyaya göstərəcəyinə söz verib.

Bizim.Media rus mətbuatına istinadən xəbər verir ki, mühafizəkar fikirləri ilə tanınan amerikalı jurnalist Taker Karlson Rusiya prezidenti Vladimir Putinlə iki saat söhbət edib.

Bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib. Müsahibə fevralın 9-da Karlsonun saytında və sosial şəbəkələrdə, həmçinin jurnalistin YouTube kanalında dərc olunacaq.

Karlson etiraf edib ki, onun məqsədi Putindən eksklüziv müsahibə almaq və amerikalılara Ukraynadakı və dünyadakı vəziyyətlə bağlı fikirlərini çatdırmaqdır. O, müsahibəyə baxmaq üçün insanlardan pul almadığını və bunun redaktə olunmadan göstəriləcəyini bildirib. 
Jurnalist qeyd edib ki, fəaliyyəti rusiyapərəst yox, amerikapərəstdur: "İstəyirəm ki, amerikalılar həqiqəti bilsinlər. Biz münaqişənin (Rusiya-Ukrayna müharibəsini nəzərdə tutur) hər iki tərəfini dinləməliyik, nəinki siyasətçilərimizin və mediamızın bizə tətbiq etdiyi tərəfi. Məqsədim budur ki, ki, siz Putinin dediklərini özünüz eşidin və özünüz nəticə çıxarın".

X sosial şəbəkəsinin (əvvəllər Twitter) sahibi İlon Mask Karlsonu dəstəkləyib və onun müsahibəsini bütün amerikalıların görməsi üçün əlindən gələni edəcəyinə söz verib. O, həmçinin bildirib ki, ABŞ hakimiyyət orqanları təkid etsələr belə, nəşrin silinməsinə icazə verməyəcək.

 


Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin