Trampla Obama küsülüdürlər... - 100 gündən çoxdur

Hazırda oxunan: Trampla Obama küsülüdürlər... - 100 gündən çoxdur

177089

ABŞ-ın hazırkı prezidenti D.Tramp vəzifəyə gəldiyi gündən, bir dəfə də olsun, öz sələfi B.Obama ilə ünsiyyətdə olmayıb, danışmayıb.xa0

Moderator.az xəbər verir ki, bu barədə D.Tramp “Washington Times”x9d(“Vaşinqton-Tayms”x9d) qəzetinə müsahibəsində söyləyib. Prezident deyib:”x9dƏlbəttə, bu pisdir, amma mən buna təəccüblənmirəm...”x9dxa0
Bir müddət öncə məlumat yayılmışdı ki, Tramp Obama ilə danışmağa cəhd edib. Amma Tramp telefon açsa da, 44-cü prezident 45-ci prezidentə cavab verməyib. Buna səbəb Obamanın təyyarədə uçması olub. Sonradan Obama köməkçisinə Trampa zəng etməyi tapşırıb. Lakin Ağ Ev başçısının köməkçisi Obamaya yalnız Ağ Evin məşhur Oval kabinəsindəki xa0masanın üzərinə qoyduğu xoş sözlərlə dolu məktuba görə Trampın minnətdarlığını çatdırıb. Bundan sonra isə tərəflərdən heç biri əlaqə yaratmağa cəhd etməyib.

Sultan Laçın

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin