Xəbər verdiyimiz kimi fevralın 6-da Türkiyədə baş vermiş və on minlərlə insanın həyatına son qoymuş dəhşətli zəlzələlərdən bir il ötür.
Bizim.Media xəbər verir ki, Türkiyənin Hatay şəhərində sakinlər ötən il baş verən zəlzələlərdə həlak olanların xatirəsinə yürüş keçirir.
Sakinlər axşam saatlarından etibarən küçələrə axışaraq, mobil cihazlarının fanarlarını yandırıb sessiz yürüş keçirirlər.
Bizim.Media