Çilinin Valparaiso şəhərində meşə yanğınları nəticəsində ölənlərin sayı 64 nəfərə çatıb.
Bizim.Media xəbər verir ki, bu barədə ölkə Prezidenti Qabriel Boriç xəbər verib.
"Bu günə qədər təəssüf ki, 64 nəfərin öldüyünü təsdiq edə bilərəm. Biz bilirik ki, bu rəqəm xeyli artacaq", - o, Prezident Administrasiyasının “X” sosial şəbəkəsindəki səhifəsində yayımlanan mətbuat konfransında deyib.
Boriç həmçinin fevralın 5-dən etibarən ölkədə iki günlük matəm elan edib. “Bütün ölkə əzab çəkir və ölənlərə yas saxlayır”, - dövlət başçısı bildirib.
Onun sözlərinə görə, təkcə Kilpe kommunasında yanğın nəticəsində 1,3 mindən çox ev dağılıb. "Vina del Mar bələdiyyəsində daha çox ziyan dəytib", - Boriç qeyd edib.
*** 19:51
Çilidə meşə yanğınları on minlərlə hektar ərazini bürüyüb, alovun yayılmasını hələ də ləngitmək mümkün olmayıb.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, yanğın hazırda bir milyona yaxın insanın yaşadığı Valparaiso bölgəsini tamamilə cənginə alıb.
Fevralın 4-nə olan məlumata görə, yanğınlar nəticəsində 51 nəfər həlak olub. Ölkədə hazırda fövqəladə vəziyyət rejimi hökm sürür.
Çili Prezidenti Qabriel Boriç xüsusi videomüraciətində ölkədə vəziyyətin çox təhlükəli olduğunu etiraf edib.
Bizim.Media