Moldova planlaşdırılan 2030-cu ildən tez bir zamanda Avropa İttifaqının (Aİ) bir hissəsi ola bilər, bunun üçün referendum keçirmək lazımdır.
Bizim.Media xəbər verir ki, bunu parlamentin spikeri İqor Qrosu efirdə deyib.
Moldova prezidenti Maya Sandu dekabrın 24-də ikinci dəfə prezidentliyə namizəd olmaq niyyətində olduğunu açıqlayıb. Bundan əlavə, o, vətəndaşların respublikanın Avropa İttifaqına daxil olması ilə bağlı fikirlərini bildirə bilməsi üçün referendumun təşkili təşəbbüsü ilə parlamentdə çıxış edib.
Referendum prezident seçkiləri ilə eyni gündə keçirilə bilər. Eyni zamanda, Moldova hakimiyyəti dəfələrlə bəyan edib ki, 2030-cu ilə qədər Avropa İttifaqına daxil olmağı qarşılarına məqsəd qoyublar.
“Bu il referendumun keçirilməsi və danışıqlar prosesinə tam sürətlə başlamaq çox vacibdir. Hesab edirəm ki, bizim Aİ-yə qoşulma anını daha da yaxınlaşdırmaq üçün (2030-cu ildən əvvəl -) mümkün olan hər şeyi etmək imkanımız və öhdəliyimiz var. Mən ukraynalı həmkarlarımda da eyni ruhu və yanaşmanı hiss edirəm”, – Qrosu Rlive telekanalında deyib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
22:20 / 04.02.2024
Moldova 2030-ci ilə kimi Avropa İttifaqına daxil olacaq?
Hazırda oxunan: Moldova 2030-ci ilə kimi Avropa İttifaqına daxil olacaq?
Hazırda oxunan: Moldova 2030-ci ilə kimi Avropa İttifaqına daxil olacaq?
176575
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.