Çinin ən böyük avtomobil istehsalçılarından biri olan “Geely Holding Group” öz peyk şəbəkəsini inkişaf etdirmək planlarını açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Fevralın 3-də orbitə buraxılan 11 peyk özünü idarə edən avtomobilləri üçün yüksək dəqiqlikli naviqasiya təmin etmək üçün nəzərdə tutulub.
Bundan əlavə, peyklər istehlakçı elektronikası şəbəkəsini dəstəkləmək də daxil olmaqla, digər kommersiya funksiyalarını da yerinə yetirəcək.
Şirkət 2025-ci ilə qədər peyk şəbəkəsinin sayını 72 cihaza, sonra isə tədricən 240 cihaza çatdırmağı planlaşdırır.
Peyklər süni intellektdən istifadə etməklə məsafədən zondlama funksiyalarına malikdir, obyektə bir metrə qədər məsafədə aydın, yüksək ayırdetməli təsvirlər verir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
13:41 / 04.02.2024
Çinin avtomobil şirkəti öz peyk şəbəkəsini yaradır
Hazırda oxunan: Çinin avtomobil şirkəti öz peyk şəbəkəsini yaradır
Hazırda oxunan: Çinin avtomobil şirkəti öz peyk şəbəkəsini yaradır
176522
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.