“Ötən il baş verən zəlzələ 11 vilayət, 124 rayon, 7000-ə yaxın kənd və məhəllədə böyük dağıntılara səbəb olarkən, 14 milyon Türkiyə vətəndaşı təbii fəlakətdən birbaşa zərər çəkib. 11 min 500 əcnəbi komanda üzvü olmaqla, axtarış-xilasetmə işlərində iştirak edən 35 min 250 nəfərə, bütün qardaşlarımıza təşəkkür edirəm”.
Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Hatayda zəlzələdən zərər görən şəxslərə yeni mənzillərinin təhvil verilməsi mərasimində deyib.
Türkiyə lideri həmçinin zəlzələ bölgəsində xidmət göstərən 142 min mühafizəçi, səhiyyə işçisi, mədənçilər, meşə işçiləri, könüllülərə də həm öz, həm də türk milləti adından təşəkkür edib.
Qeyd edək ki, ötən il fevralın 6-da zəlzələ bölgəsində həyata keçirilən axtarış xilasetmə əməliyyatlarına dəstək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişinə əsasən, Fövqəladə Hallar Nazirliyinin (FHN) 420 nəfərlik xilasedici heyəti müvafiq avadanlıqlar və axtarış itləri ilə bərabər Türkiyəyə yola salınıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
19:35 / 03.02.2024
Ərdoğan zəlzələdə Türkiyəyə yardım edən ölkələrə təşəkkür etdi
Hazırda oxunan: Ərdoğan zəlzələdə Türkiyəyə yardım edən ölkələrə təşəkkür etdi
Hazırda oxunan: Ərdoğan zəlzələdə Türkiyəyə yardım edən ölkələrə təşəkkür etdi
176447
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.