“Bu gün 6 572-si bölgə və rayon mərkəzlərində, 703-ü isə kənd yerlərində olmaqla, 7 275 nəfərə evlərinin açarlarını təhvil verəcəyik”.
Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Hatayda zəlzələdən zərər görən şəxslərə yeni mənzillərinin təhvil verilməsi mərasimində deyib.
O qeyd edib ki, ətraflı araşdırmalardan sonra dağıdıcı zəlzələ nəticəsində evləri dağılan və yeni mənzil gözləyənlərin yekun sayı 390 min olaraq dəqiqləşdirilib.
“Xalqımız bu ağrılı və tarixi sınaqdan uğurla çıxdı. Əsrin fəlakəti əsrin həmrəyliyinə çevrildi. Bu fəlakət bizə verdiyi dərin ağrı ilə yanaşı, dövlət, xalq həmrəyliyinin ən yüksək səviyyədə olduğunu da göstərdi”, - deyə Ərdoğan vurğulayıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
18:25 / 03.02.2024
Hatayda 7 275 nəfər yeni mənzillə TƏMİN EDİLİB
Hazırda oxunan: Hatayda 7 275 nəfər yeni mənzillə TƏMİN EDİLİB
Hazırda oxunan: Hatayda 7 275 nəfər yeni mənzillə TƏMİN EDİLİB
176439
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.