ABŞ-ın İraqa zərbələri nəticəsində 16 mülki şəxs ÖLÜB  

Hazırda oxunan: ABŞ-ın İraqa zərbələri nəticəsində 16 mülki şəxs ÖLÜB  

176412

İraq hökumətinin sözçüsü Bassem əl-Avadi bildirib ki, ABŞ-ın İraqın qərbinə endirdiyi hava zərbələri nəticəsində mülki vətəndaşlar da daxil olmaqla azı 16 nəfər ölüb

Bizim.Media “Al Arabiya” nəşrinə stinadən xəbər verir ki, Əl-Avadi hesab edir ki, Amerikanın hava hücumları səbəbindən İraqın və bütün regionun təhlükəsizliyi “uçurumun astanasında” ola bilər. O, həmçinin zərbələrin  "əvvəlcədən razılaşdırıldığı" iddialarını da təkzib edib.

Qeyd edək ki, fevralın 3-nə keçən gecə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) qüvvələri Suriya və İraqda 85 hədəfə hava zərbələri endirib. Prezident Co Bayden İordaniya bazasına hücuma cavab tədbirlərinin davam etdiriləcəyini bildirib. Pentaqon həmçinin bildirib ki, hava hücumları cavab tədbirlərinin yalnız başlanğıcıdır.
İraq Silahlı Qüvvələrinin Ali Baş Komandanının nümayəndəsi Yəhya Abdullanın sözlərinə görə, ABŞ-ın zərbələri suverenliyin pozulmasıdır.

Suriya Müdafiə Nazirliyi də bəyan edib ki, ABŞ-ın ölkənin şərqində hava hücumları həm mülki vətəndaşların, həm də hərbçilərin ölümünə səbəb olub.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin