“İraq və Suriyadakı hərbi əməliyyatlar mənim əmrimlə başlayıb”- Bayden

Hazırda oxunan: “İraq və Suriyadakı hərbi əməliyyatlar mənim əmrimlə başlayıb”- Bayden

176361

ABŞ Prezidenti Cozef Bayden Yaxın Şərqdə İslam İnqilabı Keşikçiləri Korpusu (Sepah) və onlarla əlaqəli silahlılara qarşı hərbi əməliyyata başladığını elan edib.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, "Göstərişimlə ABŞ qüvvələri İraq və Suriyada Sepah və onunla əlaqəli silahlıların ABŞ qüvvələrinə hücum üçün istifadə etdiyi hədəflərə zərbələr endiriblər.

Cavabımız bu gün başlayıb. İstədiyimiz vaxt, istədiyimiz yerdə davam edəcək Biz Yaxın Şərqdə və ya dünyanın heç bir yerində münaqişə axtarmırıq. Amma bizə zərər verməyə cəhd edə biləcəklərə cavab verəcəyik", - deyə Bayden qeyd edib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin