Moderator.az xəbər verir ki, Türkiyədə bir şəxs "vəhy gəldi" deyərək anasının başını kəsib.xa0
Türkiyənin Balıkəsir vilayətinin Bandırma şəhərində anası Münəvvər Erkanı "Vəhy gəldi" deyərək öldürən 41 yaşlı Əhməd Erkan, məhbus olduğu Bandırma M Tipi Qapalı Cəzaçəkmə müəssisəsində keçən həftə intihara cəhd edib. Bir həftədir reanimasiyada olan Erkan, bu gün həyatını itirib.
Anasının boğazını kəsib
Noyabr ayında Təbiət Məhəlləsində meydana gələn hadisədə, psixoloji müalicə aldığı deyilən Əhməd Erkan, birlikdə yaşadığı anası Münəvvər Erkanın boğazını kəsərək öldürüb. Olaydan sonra qaçan Erkan, jandarma qruplarının apardığı axtarış nəticəsində dekabr ayında yanacaq doldurma məntəqəsində tutulub. Anasını öldürdüyünü etiraf edən Əhməd Erkan, "Vəhy gəldi, bu ilahi ədalətdir" deyə ifadə vermişdi.
Keçən həftə intihara cəhd edib
Həbs olunaraq həbsxanaya aparılan Əhməd Erkan, keçən həftə gecə yarısı 03: 00 radələrində özünü asaraq intihara cəhd etdi. Həbsxanadakı kamerada paltarlardan kəndir yaradaraq və sonra tualetə keçərək özünü su borusuna asan Erkanı, bir başqa məhkum görərək həbsxana nəzarətçilərinə məlumat verib.
1 həftə sonra öldü
Bandırma Dövlət Xəstəxanasına aparılan Əhməd Erkan, ciddi nəzarət palatasında bir həftə ərzində müalicə görməsinə rəğmən bu gün həyatını itirib. Erkanın cəsədi, qəti ölüm səbəbinin təyin olunması üçün Bursa Ədliyyə Tibb Təşkilatına göndərilib.





































































































