Türkiyə Mərkəzi Bankının rəhbəri İSTEFA VERİB - FOTO

Hazırda oxunan: Türkiyə Mərkəzi Bankının rəhbəri İSTEFA VERİB - FOTO

176342

Türkiyə Mərkəzi Bankının rəhbəri Hafizə Qayə Ərkan istefa verib.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşək məlumat yayıb.

“Mərkəzi Bankın prezidenti xanım Hafizə Qayə Ərkanın verdiyi qərar tamamilə şəxsi və öz mülahizələri ilə bağlıdır. Qərarına hörmətlə yanaşır və ölkəmiz üçün dəyərli xidmətlərinə və töhfələrinə görə ona təşəkkür edirəm”, - deyə nazir qeyd edib.

Ərkan isə istefası ilə bağlı sosial şəbəkə hesabında paylaşım edərək ölkə başçısı Rəcəb Tayyib Ərdoğana təşəkkür edib: “Səlahiyyətim boyu dəstəyini heç vaxt əsirgəməyən Prezidentimizə minnətdarlığımı bildirirəm”.




Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin