Bu yaxınlarda ilk dəfə ana olan amerikalı supermodel Emili Ratajkovski doğuşdan sonra fiqurunu göstərib.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “korrespondent.net” saytı yayıb.
Mənbə yazır ki, podium ulduzu “İnstagram”da səmimi foto və videolar yerləşdirib.
Şəkildə Emili güzgü qarşısında çimərlik paltarında görünüb. Videoda da ona bənzər paltar geyinib.
Ratajkovskinin pərəstişkarları məşhurun simasının daha da gözəlləşdiyini qeyd edərək, təriflər yağdırıblar.
Xüsusilə onlar doğuşdan bir ay sonra 29 yaşlı Emilinin fiqurunu yüksək qiymətləndiriblər.
Bizim.Media