Son günlərdə Ukrayna Prezidenti Vladimir Zelenskidən Rusiya dövlət başçısı Vladimir Putinə danışıqlarla bağlı müraciət daxil olmayıb.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “mk.ru” saytı Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskova istinadən yayıb.
MÖVZU İLƏ BAĞLI:
Krımın Ukraynaya qaytarılması üçün Rusiyanın dağılmasını gözləmək lazımdır - NATO-nun nümayəndəsi
Bundan əvvəl mətbuatda Zelenskinin Putindən Donbassdakı vəziyyətlə bağlı yeni danışıqlar istəməsi barədə xəbərlər yayılmışdı.
“Buna baxmayaraq, Putinin potensial müharibənin qarşısını almaq üçün həmişə Zelenskiyə söyləyəcəkləri var. Putin Kiyevdəki siyasi müdrikliyin qalib gələcəyinə və təxribatçı hərəkətlərin dayandırılacağına ümid edir”, deyə Peskov əlavə edib.
Müxtəlif ekspertlər Donbasda yeni müharibə ehtimalı barədə fikirlərini bölüşürlər.
Məsələn, Amerikanın "National Interest" jurnalı əmindir ki, hər iki tərəf - Ukrayna və Rusiya münaqişəyə ilk başlamaqdan çəkinirlər, çünki buna Qərb ölkələrinin mənfi reaksiyası olacaq.
Bizim.Media