Bu gün rus arağının (vodka) yaranma günüdür.
Bizim.Media xatırladır ki, məhz 1865-ci il yanvarın 31-də rusiyalı alim, kimyəvi elementlərin dövri cədvəlinin yaradıcısı Dmitri Mendeleyev 1863-1864-cü illərdə üzərində işlədiyi "Spirtin su ilə birləşməsi haqqında" doktorluq dissertasiyasını müdafiə edib.
Dissertasiya böyük alimin muzeyində - Sankt-Peterburq Dövlət Universitetində saxlanılır.
Xatırladaq ki, o, özünün elementlər cədvəlini yuxuda görüb və bunu öz dostuna danışıb:
"Yuxuda bütün elementlərin lazımi qaydada düzüldüyü cədvəl gördüm. Oyanan kimi, gördüklərimi bir parça kağıza köçürdüm. Yalnız bir yerdə düzəliş etmək lazım gəldi".
Bizim.Media