İmran Xana və onun həyat yoldaşına 14 il həbs cəzası verildi

Hazırda oxunan: İmran Xana və onun həyat yoldaşına 14 il həbs cəzası verildi

175901

Pakistan məhkəməsi ölkənin keçmiş baş naziri, müxalif "Ədalət uğrunda Hərəkat" partiyasının lideri İmran Xan və onun həyat yoldaşı Buşra Bibiyə 14 il həbs cəzası verib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Dawn qəzeti yayıb.

Mənbə qeyd edir ki, cütlük korrupsiyada və xarici hədiyyələrin satışında ittiham olunur.

Bir gün əvvəl isə Xan və keçmiş xarici işlər naziri Şah Mehmud Kureşi dövlət sirri haqqında qanunu pozmaq ittihamı ilə 10 il həbs cəzasına məhkum edilib.
İmran Xan 2018-2022-ci illərdə Pakistan Nazirlər Kabinetinə rəhbərlik edib. Keçmiş hökumət başçısı 2022-ci il aprelin 10-da ona qarşı verilən etimadsızlıq səsverməsi nəticəsində vəzifəsindən kənarlaşdırılıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin