Qazaxıstan ordusundan 17 mindən çox hərbçi QOVULUB 

Hazırda oxunan: Qazaxıstan ordusundan 17 mindən çox hərbçi QOVULUB 

175785

Qazaxıstan ordusundan 17 mindən çox hərbçi qovulub. 

Bizim.Media xəbər verir ki, bu barədə Qazaxıstan müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi Sultan Kamaletdinov Beynəlxalq İşlər, Müdafiə və Təhlükəsizlik Komitəsinin genişləndirilmiş iclasında danışıb. 

O, ordunun sıralarından qovulanların çoxluğundan narahat olduğunu bildirib. 

"Hərbi qulluqçuların ordudan kütləvi çıxışı xüsusi narahatlıq doğurur. Hər il onların sayı azalmaq əvəzinə artır. Təkcə 2020-2023-cü illər ərzində Silahlı Qüvvələrdən 17.065 hərbi qulluqçu, 4.301 zabit və 12.764 müqaviləli hərbi qulluqçu işdən çıxarılıb. Müqayisə üçün, bu, təxminən 15 yerləşdirilmiş mexanikləşdirilmiş briqadanın sayıdır". 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin