Brüssel Macarıstanı sanksiyalarla HƏDƏLƏDİ

Hazırda oxunan: Brüssel Macarıstanı sanksiyalarla HƏDƏLƏDİ

175607

Avropa İttifaqı (Aİ) Ukraynaya yardım göstərilməsinə razı olmayacağı təqdirdə Macarıstanın əleyhinə sanksiyalar paketi hazırlayıb. Bu addımın məqsədi macar iqtisadiyyatına zərbə vurmaq və bu ölkəni vetodan imtinaya məcbur etməkdir.

Bizim.Media xəbər verir ki, bu barədə “Financial Times” nəşri məlumat verib. 

Bu qəzetdə dərc olunan məqalədə qeyd olunub ki, əgər Budapeşt fevralın 1-də keçiriləcək sammitdə Ukraynaya yardım göstərilməsinə qoyduğu vetonu geri götürməzsə, o halda Aİ-nin başqa ölkələri Macarıstana maliyyə vəsaiti ayırmayacaq.

Bunun nəticəsində investorlar Macarıstan iqtisadiyyatına sərmayə qoymaqda maraqlı olmayacaqlar və bu, macar forintinin kursuna da mənfi təsir edəcək.

Nəticədə, bu ölkə iş yerlərinin azalması və iqtisadi artımın yavaşlaması kimi problemlərlə üzləşəcək. Macarıstan Brüsselin təzyiqi altında Ukraynaya yardım məsələsində kompromislərə razı olub.
Xatırladaq ki, Macarıstanın Baş naziri Viktor Orban Avropa dövlətləri liderlərinin qarşıdakı təcili iclasında Aİ-nin büdcəsindən Ukraynaya 50 milyard avro məbləğində yardım məqsədilə istifadə olunmasına veto qoyacağını vəd etmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin