Angela Merkel koronavirusa görə peyvəndi qəbul etmədi – SƏBƏB

Hazırda oxunan: Angela Merkel koronavirusa görə peyvəndi qəbul etmədi – SƏBƏB

17555

Almaniya kansleri Angela Merkel bazar gününə təyin edilən koronavirus peyvəndi üçün randevuyu ləğv edib.

Bizim.Media xəbər verir ki, bu barədə Bild qəzeti məlumat yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Krımın Ukraynaya qaytarılması üçün Rusiyanın dağılmasını gözləmək lazımdır - NATO-nun keçmiş nümayəndəsi 


Qəzetin yazdığına görə, daha əvvəl Angela Merkelin adına bir qeydiyyat olub. Doğum tarixi kanslerin doğum tarixinə tamamilə uyğun gəlib:

17 iyul 1954. Bununla yanaşı randevu sonradan ləğv edilib.

Bild-in qeyd etdiyi kimi, ləğv olunmanın səbəbi Xristian Demokrat Birliyi (CDU) və Xristian Sosial Birliyi (CSU) partiyalarının rəhbərlərinin görüşü olub.

Tədbirdə Bundestaqa keçiriləcək seçkilərdə mühafizəkarların siyahısına kimin rəhbərlik edəcəyi məsələsi müzakirə edilib.

Merkel əvvəllər növbəsi gələn kimi koronavirusa qarşı aşılanacağını həmişə söyləyib. İndi 67 yaşına görə peyvənddə əsas namizəddir.

İndiki hökumətdə peyvənd qəbul edən yeganə məmur iqtisadiyyat və energetika naziri Peter Altmayerdir. 

TASS xəbər verir ki, keçmiş Berlin-Tempelhof hava limanının ərazisindəki peyvənd mərkəzi AstraZeneca tərəfindən istehsal edilən Vaxzevria koronavirus dərmanından istifadə edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin