Daha bir ölkə dördgünlük iş həftəsinə KEÇİR

Hazırda oxunan: Daha bir ölkə dördgünlük iş həftəsinə KEÇİR

175400

Almaniyada fevralın 1-dən ölkənin 45 şirkətində dördgünlük iş həftəsinin tətbiqinə dair təcrübə başlayacaq.

Bizim.Media xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Məlumata görə, altı ay davam edəcək təcrübənin məqsədi iş günlərinin sayının azaldılmasının məhsuldarlığın artımına nə dərəcədə təsir edəcəyini yoxlamaq olacaq.

Agentlik qeyd edib ki, ötən il aparılan sorğunun nəticələrinə əsasən, alman şirkətlərinin yarısı ən azı qismən vakansiyaları doldura bilmir. Bunun fonunda şirkətlər namizədlər üçün tələbləri azaldıb, işçilər isə şəraitin yaxşılaşdırılmasını tələb ediblər.
Bildirilib ki, yeni qərarın tətbiq ediləcəyi təqdirdə işçilərin maaşları dəyişməyəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin